Azərbaycan İdeyası

Xalq artisti: "Əsəb sistemim sıradan çıxıb, şəkər xəstəsiyəm" — MÜSAHİBƏ

Tarix:12-11-2015, 15:19
Baxış Sayı:483

Adətən gənc sənətçilərdən yazanda çoxları sənətkarları axtarmamaqda suçlayır jurnalistləri. Bəli, haqlı iradlar da var onların arasında. Bəzən isə sənətkarı tapırsan, amma sanki danışmağa qorxur, ehtiyat edir.

Xalq artisti Elmira Rəhimova da ötən sər Azərbaycan estradasının ən tanınmış və yaddaqalan ismilərindəndir. Hətta yetərincə vətəninə bağlı xanımdır. Gənclik illərində Hindistan prezidentinin oğluna almaq istədiyi bu xanım indi 74 yaşında, ömrünün payız çağındadır. Dediyinə görə, indi onu yaxınları və bəzi həmakrlarından başqa heç kim arayıb axtarmır.

Beləliklə, Ölkə.az-ın suallarını artisti Elmira Rəhimova cavablandırır.

- Elmira xanım, necəsiniz, səhhətiniz necədir?

- Belə də... Çox pis.

- Deyəsən xeyli vaxtdır heç bir verilişdə iştirak etmirsiniz, çəkilişlərə getmirsiniz...

- Səhhətimlə bağlıdır. Ona görə heç yerə getmirəm.

- Müalicə olunursunuz?

- Əlbəttə, müalicə olunuram. Amma hələ ki bir nəticə görmürəm.

- Səhhətinizdəki problem əsasən nə ilə bağlıdır?

- Şəkər xəstəliyindən əziyyət çəkirəm. Həm də əsəb sistemim sıradan çıxıb.

- Sənət yoldaşlarınız sizinlə maraqlanırlarmı?

- Zəng vururlar, maraqlanırlar.

- Mədəniyyət və Turizm Nazirliyindən kimsə sizinlə maraqlanırmı?

- Həmkarlarım maraqlanır... Bilirəm siz "tema" yazacaqsınız.

Söhbətin bu yerində Elmira xanım "eşitməməyə" başlayır və xəttin o başından suallarımızı bu tərzdə cavablandırır.

- Alo, alo... Mən sizi eşitmirəm.

- Elmira xanım, siz həm də bir sənətkarsınız və mənim borcumdur ki, sizinlə maraqlanım.

- Çox sağ olun. Alo, alo...

Beləliklə Elmira xanımla söhbətimiz dəstəyin asılmasıyla tamamlanır. Cəmi beş saniyə sonra yenidən zəng vururam və başqa bir xanım cavab verir.

- Elmira xanım, başqa yerdədir, heç kim evdə yoxdur.

- Kiminlə danışıram?

- Həkimə gedib e.

- Kimdir?

-Yaxın adamıyam.

- Siz onu gizlətməkə nə qazanarısız?

- O bu dəqiqə xəstədir, həkimə getdi. Oğlu aşağıda maşında gözləyirdi.

- Siz yaxın adamısınız bilərsiniz. Nazirlikdən kimsə onunla maraqlanıbmı?

- Olar başqa vaxt zəng edəsiniz?

- Dediniz ki, yaxın adamısınız.

- Onu yerinə cavab verə bilmərəm.

P.S. Söhbətin ikinci hissəsini verməmək də olardı. Amma jurnalistləri sənətkarlara laqeyd qalmaqda ittiham edən şəxslər yəqin ki, "hesablarını" götürəcəklər.

İntiqam VALEHOĞLU
Ölkə.az

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib