Azərbaycan İdeyası

İntihara cəhd edən sahibkar: "Məndən heç kim 500 min manat istəməyib"

Tarix:11-11-2015, 14:45
Baxış Sayı:466


Bakının Binəqədi rayonu 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi İlqar Məmmədovun intihara cəhd etməsi ilə bağlı Binəqədi rayon prokurorluğu tərəfindən cinayət işi qaldırılmayıb.

"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə bu barədə APA TV-yə Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Prokurorluqdan bildirilib ki, hadisə ilə bağlı sahibkarla Binəqədi Rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunduğundan və iş üzrə zərərçəkmiş tanınmadığından, cinayət işinin qaldırılmasına lüzum yaranmayıb.
Qeyd edək ki, noyabrın 5-də saat 11:00 radələrində sahibkar İlqar Məmmədov yarımtikili binaya çıxaraq özünü atacağını bəyan edib. Sahibkar daha işləyə bilmədiyini deyərək, binanın inşası üçün verdiyi 500 min manat pulun geri qaytarılmasını tələb edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub. Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılovun və Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun müdaxiləsindən sonra intihara cəhd edən şəxs fikrindən daşınaraq, hündürlükdən enib. Sonradan İlqar Məmmədov Binəqədi Rayon Polis İdarəsində bildirib ki, 500 min manatla bağlı söylədiyi ifadələr əsassızdır. O, hadisə vaxtı əsəblərini cilovlaya bilmədiyini və affekt vəziyyətində olduğundan, bu fikirləri söylədiyini qeyd edib.
Binəqədi Rayon Polis İdarəsindən iş üzrə CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işinin qaldırılmasının onların deyil, prokurorluğun səlahiyyətində olduğu bildirilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı