Azərbaycan İdeyası

Moskva prospektinin adı dəyişdirildi

Tarix:7-07-2016, 22:24
Baxış Sayı:312

Moskva prospektinin adı dəyişdirildi
Bu gün Kiyev Şəhər Şurası paytaxtın Moskva prospektinin adının dəyişdirilərək Stepan Bandera adlandırılması ilə bağlı qərar qəbul edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Kiyev Şəhər Şurasının deputatı Yuri Sirotyuk öz "Facebook" səhifəsində yazıb. “Ura! Artıq Kiyevdə Stepan Bandera adına prospekt var. 97 deputatdan 87-si lehinə səs verdi. Əleyhinə səs verən olmadı. Ukraynaya eşq olsun”, - deyə o qeyd edib.

Y. Sirotyuk Vatutin prospektinin Roman Şuxeviç prospekti adlandırılması məsələsinə baxılacağını da vurğulayıb.

Qeyd edək ki, Stepan Bandera Ukrayna millətçiliyinin ideoloqlarından biridir. O, 1930-40-cı illərdə fəaliyyət göstərmiş Ukrayna Millətçiləri Təşkilatının lideri olub. Faşistlər tərəfindən həbs edilib və müharibədən sonra azadlığa çıxıb. 1959-cu ildə Münhendə DTK agenti tərəfindən qətlə yetirilib.

Roman Şuxeviş isə İkinci Dünya müharibəsi illərində həm faşistlərə, həm də sovet ordusuna qarşı müharibə aparmış Ukrayna Üsyançı Ordusunun komandanı olub. O, 1950-ci ilə qədər Ukraynanın müstəqlliyi uğrunda mübarizə aparıb və həmin il Ukraynada DTK əməkdaşları tərəfindən öldürülüb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı