Azərbaycan İdeyası

"Grand Hospital"da azərbaycanlı məşhurun yaxın qohumu öldü - FOTOLAR

Tarix:8-07-2016, 18:21
Baxış Sayı:334

"Grand Hospital"da azərbaycanlı məşhurun yaxın qohumu öldü - FOTOLAR
Vətəndaş Afaq Ələsgərova ölkə.az-ın redaksiyasına müraciət edərək qardaşı, 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü bildirib.

Milli.az adı çəkilən sayta istinadən bildirir ki, Ələsgərova müraciətində deyir ki, qardaşı iyunun 24-də öz ayağı ilə "Grand Hospital"a gedib:

"İyunun 24-də öz ayağı ilə İnqilab küçəsində yerləşən "Grand Hospital"a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatoloq Gülnarə Ağayevanın yanına müayinəyə apardıq. Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə qardaşım komaya düşdü və həyatını itirdi. Həmin Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üç günlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim yanmasın o vicdansız qatillərin ucbatından. "Grand Hospital" ölüm məkanıdır. Sizə güvənirəm".

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.

Mövzunu diqqətdə saxlayacağıq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı