Azərbaycan İdeyası

''Oğlumun qollarını, ayaqlarını sındırmazdan əvvəl sms-i yazıb ki, başını kəsəcəyik'' - VİDEO

Tarix:9-07-2016, 22:22
Baxış Sayı:297

''Oğlumun qollarını, ayaqlarını sındırmazdan əvvəl sms-i yazıb ki, başını kəsəcəyik'' - VİDEO
Kürdəmir məscidinin qarşısında rayon sakini 1974-cü il təvəllüdlü Qılman Qanur oğlu Piriyevin 4 şəxs tərəfindən vəhşicəsinə döyülməsi, başına armaturla zərbələr endirilməsi əks olunan video yayılıb. Həmin videoda məscidin giriş qapısında 2 şəxsin 1 şəxslə söhbət etmələri, sondaran onu vurmaları, 2 şəxsdə daha 2 nəfərin qoşulması, onlardan birinin əlindəki armatur parçası ilə başına zərbələr endirməsi, yerə yıxılan şəxsin başına zərbələri davam etdirməsi əks olunub. Qanlı olay haqda bir qədər əvvəl mətbuatda yazılar dərc olunub.

Criminal.az saytı azadliq.info-ya istinadla xəbər verir ki, Q.Piriyevin anası Solmaz Piriyeva bildirib ki, mətbuatda yazılar dərc olunandan sonra Baş Prokurorluqdan oğluna qarşı törədilən cinayətin araşdırlacağı ilə bağlı məktub alıb. Baş Prokurorluqdan gələn məktubu Müşfiq Səfərov imzalayıb və həmin məktubda göstərilir ki, Q.Piriyevin döyülməsinə görə 2 şəxs Elburus və Kərim Kərimovlar istintaqa cəlb olunublar.

S.Piriyeva deyir ki, əllərində olan videoda açıq-aşkar oğlunun 4 şəxs tərəfindən vəhşicəsinə döyülməsi görünür və tələb edir ki, oğluna qarşı cinayət etmiş digər iki şəıxs də istintaqa cəlb edilsin:

“Oğluma qarşı cinayəti planlaşdıran və cinayətdə şəxsən iştirak edən polis serjantı Asif Fərəcovdur. Qrupun təşkilatçısı odur. Oğlumu döyüb qollarını, ayaqlarını sındırmazdan əvvəl Asif ona təhdid dolu sms-i yazıb. Qeyd edib ki, başını kəsəcəyik. Amma bu gün Kürdəmir hüquq mühafizə orqanları Asif Fərəcovu, onun digər dayısı Müslüm Kərimovun barəsində tədbir görməyiblər. Mən Müşfiq Səfərovdan, Baş Prokurluğun rəhbərliyindən xahiş edirəm ki, 5 dəqiqə vaxtlarını ayırıb videoya baxsınlar və görsünlər ki, oğlumun döyülüb əllərinin qollarının sındırılmasında neçə nəfər iştirak edib”.

Solmaz Piriyeva deyir ki, videodan açıq-aşkar görünür ki, cinayətdə 4 şəxs iştirak edib: “Elburus Kərimovu CM-nin qəsdən sağlamlığa az ağır zərər vurma(127-ci maddə), Kərim Kərimovu isə qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi (128-ci maddə ) ilə istintaqa cəlb ediblər. Bu adamların barəsində həbs qətimkan tədbiri seçməyiblər və onlar oğlumu təhdid etməkdə davam edirlər”.

S.Piriyeva deyir ki, məsələ ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda olub: “Kürdəmir prokuroru məni qəbul etdi, dedi ki, oğlun şikayət etsin, ərizə versin və hər 4 şəxsi həbs edək. Oğlum şikayət yazdı, amma işi obyektiv araşdırmadılar. Ona görə də baş prokuror Zakir Qaralovdan bir daha bir ana kimi dönə-dönə xahiş edirəm ki, işi Kürdəmir Prokurorluğundan alıb Bakıdakı prokurorluqlardan birində araşdırsınlar. Oğlumu döyüb əl-qolunu sındıran hər 4 şəxs həbs olunsun”. S.Piriyeva Kürdəmir Rayon Prokurorluğunda aparılan istintaqın obyektivliyinə şübhə etdiyini də vurğulayıb: “Oğlumu istintaqa çağıranda vəkilini çağırmırlar. Vəkillə birgə istintaqa müraciət edəndə dinləmirlər”.

Qeyd edək ki, qanlı olay 2016-cı il martın 30-da Kürdəmir rayonu, Sığırlı kəndindəki məscidin qarşısında baş verib. Qılman Piriyevi qonşusu Asif Fərəcov və qohumları – qayınatası Kərim Kərəmov, dayıları Müslüm və Elbrus Kərəmovlar döyüblər. Q.Piriyev həmin gün məscidə namaz qılmağa gedib. Onu məsciddən çölə Asif Fərəcov çağırıb. Qılman çölə çıxandan sonra Asif qollarını, qayınatası Kərim isə ayaqlarını tutub. Dayısı Elbrus Kərimov isə onun başından armaturla vurub. Q.Piriyev yerə yıxılıb. Bundan sonra əllərində olan dəmir parçası ilə onun bədəninə çoxsaylı zərbələr endiriblər. Ölümcül vəziyyətə düşən Q.Piriyevi hadisə yerində qoyub gediblər.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq