Azərbaycan İdeyası

Bakıda qeyri-adi TOY: Qız özünə bəysiz toy etdi

Tarix:10-07-2016, 16:49
Baxış Sayı:542

Bakıda qeyri-adi TOY: Qız özünə bəysiz toy etdi
Bakıda qeyri-adi toy mərasimi olub. Yaşıötmüş qız özünə bəysiz toy edib. Yəni öz özü ilə nikaha girib.

Bu barədə AMEA-nın elmi işçisi Elyar İslam öz Facebook səhifəsində yazıb.

"Bu il eşitdiyim ən qəribə hadisə bu gün baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: "kendi-kendine gelin güvey olmaq". Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.

Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təm-təraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də. Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!", - E.İslam xeyir dua verib.

Toy Əhmədli qəsəbəsindəki şadlıq evlərindən birində olub. Qonşular şübhələnməsin deyə, gəlin mərasim zalına başqa qohumlarının evindən gedib. Hətta adi toylarda olduğu kimi, yaxın qohumlarını və tanışlarını da, toyunda iştirak etdiyi hər kəsə dəvətnamə də göndərib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı