Azərbaycan İdeyası

Azərbaycanda təhlükə - Dağıdıcı sel hadisələri gözlənilir

Tarix:10-07-2016, 17:01
Baxış Sayı:9 077

Azərbaycanda təhlükə - Dağıdıcı sel hadisələri gözlənilir
Azərbaycanda iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında sel hadisələri ola bilər. Criminal.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. Selin dağıdıcı təsir qüvvəsinin daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çox olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, hazırda ölkənin çaylarında baş verənlər daşqın və qismən sel prosesləridir:

“Yağıntılar davam edərsə, sel hadisələri iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında ola bilər. Sel dağıdıcı prosesdir. Daha böyük sellərin olması üçün uzunmüddətli quraqlığın olması vacibdir. Bu da bizim ərazi üçün avqustun ikinci yarısı və sentyabr ayı üçün xarakterikdir. Hələlik baş verənlər isə sel xarakterli daşqınlardır”.

E.Əlizadə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il daşqınların fəsadları daha çox olub. İnstitut rəsmisinin sözlərinə görə, bu ilin yaz və yay aylarının əvvəlləri yağışların intensivliyi ilə seçilir: “Ona görə də dağ çaylarında daha çox daşqın hadisələri olur. Dəyən zərərlərin əskəriyyəti də daşqın hadisələrindən olub. Hələlik sırf xarakterik sel hadisəsi baş verməyib”.

Qeyd edək ki, Azərbaycan sinoptikləri hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq ediblər. Belək ki, iyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi iyulun 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama