Azərbaycan İdeyası

Xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı” - HƏKİMƏ İTTİHAM

Tarix:12-07-2016, 19:21
Baxış Sayı:403

Xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı” - HƏKİMƏ İTTİHAM
Həkim mənə xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı”. Bunu ANS PRESS-ə şikayətçi Sevinc Mirzəyeva deyib. O, Sumqayıtda yerləşən özəl klinikaların birində həkim Şaban Əhmədov tərəfindən ona səhv diaqnoz qoyulduğunu və buna görə onun yumurtalıqlarının və uşaqlığının çıxarıldığını bildirir. Xəstənin sözlərinə görə, əməliyyat iki il öncə olsa, o, bu yaxınlarda həkim tərəfindən aldanıldığını başa düşüb.

"Bu yaxınlarda həmin klinikada burun əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra burnumda qanama var idi. Həkimə dedim ki, məndə xərcəng xəstəliyi olub, onunla bağlı ola bilərmi bu qanama? Həkim isə mənə: "Qızım, nə danışırsan, sənin bütün analizlərin mənim əlimdədir, səndə heç vaxt xərcəng olmayıb”, – dedi. Daha sonra Türkiyə və İrana getdim, orada da eyni sözləri dedilər mənə”, – deyə Sevinc Mirzəyeva bildirdi.

37 yaşlı qadın evli olduğunu və ana olmaq istədiyini vurğuladı. Onun sözlərinə görə, həkim onu bir ömür boyu şikəst qoyub. "İndi gedirəm həmin xəstəxanaya baş həkim mənimlə kobud danışır. Deyirlər, biz bilirik nə etmişik. Amma halbu ki, əməliyyata salınarkən mənə orqanlarımın çıxarılacağını heç kim nə deməmişdi, nə də mən hər hansı bir sənədə qol çəkməmişəm. İndi deyirəm, heç olmasa, mənim pulumu qaytarın, gedim xarici ölkədə yenidən orqanlarımı bərpa edim. Pulumu da vermirlər”.
Xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı” - HƏKİMƏ İTTİHAM
Xanım deyir ki, klinika ona uzun müddət epikriz verməkdən boyun qaçırıb: "Ancaq 7 aydan sonra mənə epikrizi verdilər”. Ona epikrizlə birlikdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən arayış da verilib. Sevinc Mirzəyeva məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də məktub göndərdiyini vurğuladı. Qadına qoyulan diaqnoz Qadına qoyulan diaqnoz Sumqayıtda sözügedən xəstəxananın baş həkimi Baxşəliyev Fikrət bizimlə kobud danışaraq, xəstənin kanallara, xəbər portallarına deyil, lazımdırsa, təhlükəsizlik idarələrinə şikayət etməsini bildirərək, telefonun dəstəyini asdı. Qadının analıq arzusu gözündə qoyan həkim Şaban Əhmədov isə Sevincə "papilar kistoma” diaqnozunun qoyulduğunu və bunun əsasında onun əməliyyat olunduğunu bildirdi. "Qadın xəstəxanamıza gələndə pis vəziyyətdə idi. Mən 3 ginekoloqla məsləhətləşib bu əməliyyatı etmişəm. Onun bütün orqanları götürülməsə idi, gələcəkdə həmin orqanlarda xərcəng yaranacaqdı”.

Şaban Əhmədov eyni zamanda qeyd etdi ki, əməliyyata girməzdən əvvəl hər şey haqqında xəstəyə məlumat verilib və o da buna razı olub. Məsələni daha dəqiq araşdırmaq üçün bir neçə ginekoloqa da sənədi göstərdik və münasibət aldıq. Ginekoloqlar belə halda əməliyyatın vacib olduğunu, lakin uşaqlıq və sağ yumurtalığın saxlanılmasını deyirlər. Hətta, bir yumurtalıqla qadının hamilə qala biləcəyini də vurğuladılar.

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, əgər qadın onlara həqiqətən müraciət edibsə, lazımı şöbə məsələni araşdıracaq və kimin haqlı, kimin haqsız olduğu üzə çıxandan sonra bununla bağlı müvafiq tədbir görüləcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı