Azərbaycan İdeyası

Hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı

Tarix:24-06-2016, 19:11
Baxış Sayı:765

Hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı
Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb.

Qaynarinfo.az big.az-a istinadən xəbər verir ki, 27 yaşlı GünayHəşimova və uşağı həkim səhlənkarlığı nəticəsində düntyasını dəyişib. Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşov danışıb.

O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir. Hamiləliyinin 6-cı aylığında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub.

Günay özü isə iyunun 14-də həyatını itirib. “Biz ümid edirdik, o sağalacaq. Yaşamaq istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki şəhər xəstəxanasının həkimi Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq verilmir. O başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv diaqnoz qoyulub. O səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar onlardır” deyə Nigar Dadaşova bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı