Azərbaycan İdeyası

Həkim ölən uşağa görə 200 manat istəyib” - NƏVƏ İTİRƏN NƏNƏ (VİDEO+FOTO)

Tarix:13-07-2016, 11:06
Baxış Sayı:579

Həkim ölən uşağa görə 200 manat istəyib” - NƏVƏ İTİRƏN NƏNƏ (VİDEO+FOTO)
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb. EL TV (Region TV) xəbər verir ki, Bərdə rayonu Gərənə kənd sakini,hazırda Qaradəmirçi kəndində yaşayan 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib. Hamiləliyinin 7-ci ayının olmasına baxmayaraq, Aysel Qocayevaya doğuşun tezləşdirilməsi üçün yardım göstərilib. Onun dünyaya gətirdiyi əkiz uşaqlardan biri doğuş zamanı ölüb,digərinin vəziyyəti isə ağırdır.
Həkim ölən uşağa görə 200 manat istəyib” - NƏVƏ İTİRƏN NƏNƏ (VİDEO+FOTO)
Doğuşu həyata keçirən Tahirə Allahverdiyeva xəstənin valideyinlərinə doğuşun qaydasında aparıldığını bildirib. Uşaq ölümünü erkən doğuşla əlaqələndirib. “Dünən günorta saat 4-də uşaq olub, ikisi də, sağ-salamat. Qoyublar uşağı şüşəyə, saat 5-6-nın yarısı uşağın biri ölüb” deyə Aysel Qocayevanın həyat yoldaşı Tural İlyasov bildirib.

“Gətirdik bura, boynuna götürdü, o da belə oldu. Uşaq sağlam idi, niyə öldü bilmirəm.Yeznəmdən 200 manat pul istəyib, bu ölü uşağa. O, birisi də, ağırdı, o birisi də, öləcək” deyə Aysel Qocayevanın anası bildirib.

Həkim ölən uşağa görə 200 manat istəyib” - NƏVƏ İTİRƏN NƏNƏ (VİDEO+FOTO)
“Xəstəni müayinə elədik, hamiləliyi 31-32 həftəlik dölyanı mayenin vaxtından əvvəl axması, əkiz döl diaqnozu ilə xəstənin şöbəyə 1-ci fizioloji doğum şöbəsinə yerləşdirdik. 1-ci uşaqda infeksiyalaşmış dolyanı maye iyli, 2-ci uşaq ona nisbətən yaxşı idi. Uşaqların çəkiləri, biri 1 kilo 300 qram, digəri 1 kilo 500 qram, dolyanı maye vaxtından əvvəl axdığına görə uşaqlar dolyanı mayeni udmuşdur” deyə Bərdə Doğum Evinin həkimi Tahirə Allahverdiyeva bildirib.
Həkim ölən uşağa görə 200 manat istəyib” - NƏVƏ İTİRƏN NƏNƏ (VİDEO+FOTO)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı