Azərbaycan İdeyası

''O, tək oğlum idi, həyatdan vaxtsız getdi'' - Xəstəxanada cinayət

Tarix:14-07-2016, 10:36
Baxış Sayı:296

''O, tək oğlum idi, həyatdan vaxtsız getdi'' - Xəstəxanada cinayət
"6 yaşlı Tunar Ağdam Rayon Mərkəzi Xəstəxanasının Elşən və Kamil adlı həkimlərinin səhlənkarlığının və qeyri-peşəkarlığının qurbanı oldu. O, mənim tək oğlum idi. Həyatdan vaxtsız getdi". Bu sözləri "Bizim Yol"a Ağdam rayon, Üçoğlan kəndinin sakini Əliyev Vüqar Lənkəran oğlu bildirib.

Şikayətçinin sözlərinə görə, Tunar bu ilin iyunun 6-da ağacdan tullanarkən ayağına çöp batıb: "İyunun 7-də onun ayağında kiçik şişin olduğunu gördük və həmin gün Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasına apardıq. Tunarı cərrah Elşən qəbul etdi. Dedim ki, həkim buna nə lazımdırsa edin. Bəlkə ayağında ağac qırığı qalar deyə Tunar elə bu xəstəxanada rentgen müayinəsi oldu. Müayinənin nəticəsində ayağında çöpün qalmadığı müəyyənləşdi. Tunarı yenidən Elşən həkim qəbul etdi. Bura dövlət xəstəxanası olduğu üçün tibbi xidmətə görə ödəniş eləmədim. Elşən həkim tibb bacısına tapşırıq verdi ki, Tunarın ayağına maz vurub, sarıyıb yola salsınlar. Sonradan məlum oldu ki, maz vurub sarımaq deyil, zəhərlənməyə qarşı iynə vurulmalı idi. Həkim mənə bildirdi ki, sabah sarığı açıb yenidən ayağına maz vurub sarıyaq".
''O, tək oğlum idi, həyatdan vaxtsız getdi'' - Xəstəxanada cinayət
Şikayətçi deyir ki, sabah sarığı açarkən ayağında şişin böyüdüyünü görüb Tunarı yenidən həkimə aparıblar: "Elşən və Kamil həkimlər övladımın ayağına baxdılar. Yenidən ayağına maz vurub sarıdılar. Yenidən evə aparmalı oldum. Bir gün sonra uşağın boynu şişdi. Təkrar apardım xəstəxanaya. Adını çəkdiyim həkimlər mənə dedilər ki, zəhərlənmə əleyhinə iynə vurmaq yaddan çıxıb. Təcili Bərdə Uşaq Xəstəxanasına apardım. Burda da mənə bildirildi ki, Tunarı təcili Bakıya aparmaq lazımdır. Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova Tunarı təcili tibbi yardım maşını ilə təmin etdi. Kürdəmirdə oğlumu Bakıdan gələn təcili tibbi yardım maşını qarşılayaraq Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına apardı".

Burada məlum olub ki, infeksiya qana keçib, bədəni zəhərləyib və tezliklə qurbanını məhv edəcək: "Bu xəstəlik üçün əməliyyat olmur. İnfeksiya qana keçib. Onu həyata qaytarmaq mümkünsüz oldu. İyun ayının 13-ü və 14-ü axşam növbəsində dayanan növbətçi həkimlər övladımın səhhəti ilə bağlı maraqlanmadılar. Dövlət büdcəsindən maaş alırlar, amma onlar da biganə yanaşdılar. Bircə oğlum gözümün qarşısında iyunun 14-ü səhər dünyasını dəyişdi. Cərrahlar Elşən və Kamil həkim övladımın ölümünə səbəb oldu. Zəhərlənmənin qarşısını almaq üçün iynə vurmaq lazım idi".

Atası bildirir ki, 2009-cu il təvəllüdlü Tunarın bu ilin aprel ayının 12-də 6 yaşı olub. O, məktəbə getmək arzusuyla yaşayırmış.

Qeyd edək ki, Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının yeni binası 2010-cu ildə açılıb. Xəstəxana ən müasir avadanlıqla təchiz olunub. Məsələ ilə bağlı 18 iyun 2015-ci il tarixdə Səhiyyə Nazirliyinə göndərilən sorğuya dünən cavab verilib. Cavabda bildirilib ki, məlum hadisə ilə bağlı olaraq 3 nəfər cəzalandırılıb: "Tibbi göstərişlərin icra olunmasında yol verdikləri nöqsanlara görə iki nəfərə töhmət verilib, bir nəfər isə tutduğu vəzifədən azad edilib".

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq