Azərbaycan İdeyası

Qorxmaz Hüseynovun qardaşının gizli dünyası: icra başçısı ilə “Məxməri” restoranında…

Tarix:18-07-2016, 13:38
Baxış Sayı:323

Qorxmaz Hüseynovun qardaşının gizli dünyası: icra başçısı ilə “Məxməri” restoranında…
“Azərsu” ASC-in sədri Qorxmaz Hüseynov haqda bu günədək mediada müxtəlif tənqidi yazılar dərc olunub.

Son günlər isə “Su Şefi”nin qardaşı Faiq Hüseynov barədə iddialar yayılmaqdadır. Belə ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı, ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində çalışan Faiq Hüseynovla bağlı cumhuriyyet.az-a yeni faktlar daxil olub. Həmin məlumatlarla tanış olmazdan öncə isə bəzi xatırlatmaları etmək istərdik. Xatırladaq ki, Faiq Hüseynov indiki vəzifəsinə qədər ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Məlumatlı mənbənin bildirdiyinə görə, Faiq Hüseynov Bakıda və respublikanın bir çox yerlərində biznes obyektlərinə və villalara sahibdir(onlardan bəzilərinin fotolarını aşağıda sizə təqdim edirik). Bu sırada Şabran rayonunun Zeyvə və Gilavar kəndlərində tikilən, qiyməti milyonlarla ölçülən imarətlər xüsusilə seçilir. Deyilənə görə, ARDN vitse prezidenti Mikayıl İsmayılovla yaxın münasibətləri olan F.Hüseynov bu villaların da ona dostu tərəfindən hədiyyə edildiyi bildirir. Yeri gəlmişkən Faiq Hüseynovun öz həmyerlisi “Qaçqınkom” rəhbəri Əli Həsənovun da adından “o mənim dayımdır” deyə bəhrələndiyi gələn məlumatlar arasındadır. Eyni zamanda mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə F.Hüseynov qardaşının yaxın qohumu olan Bakı rayonlarından birinin icra başçısı ilə “Məxməri” restoranında tez-tez kef məclisləri qurmağı sevir.
ARDNŞ-nin Geofizika və Geologiya İdarəsindən oğurlanıb Fərhad Hüseynovun adına sənədləşdirilən qayıq harda saxlanılır?
Hüseynov qardaşlarının xaricə daşıdığı pullar və xaricdə yaşayan qohumları;
TOSOİL yanacaqdoldurma məntəqələrinin Faqi Hüseynovla nə əlaqəsi var?
Elmi tədqiqat gəmilərinə quraşdırılmış kompressorların alınmasındakı milyonluq korrupsiya…

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı