Azərbaycan İdeyası

Şirməmməd Hüseynovun 91 yaşı tamam oldu

Tarix:22-12-2015, 13:22
Baxış Sayı:621

Şirməmməd Hüseynovun 91 yaşı tamam oldu





Cumhuriyytə dövrünün araşdırmaçısı, jurnalist Şirməmməd Hüseynovun bu gün (17 dekabr) 91 yaşı tamam oldu.
"Korrupsiya və Qanun" saytı ANS TV-nin məlumatına istinadən bildirir ki, onu jurnalistlərin ustadı, müəllimi etalonu da adlandırmaq olar. Söhbət 91yaşlı Şirməmməd Hüseynovdan gedir. 1924-cü ilin bu günü Şəkidə dünyaya göz açan Şirməmməd müəllim bütün ömrünü mətbuata həsr edib:
Elə əbəs yerə deyil ki, Bakı Dövlət Universitetində Jurnalistika fakultəsinin kafedra müdiri, dekanı və digər vəzifələri icra edib.
Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib.
Azərbaycan Demokratik Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.
Şirməmməd Hüseynov deyir ki, cumhuriyyət dövründə bizə Azərbaycan adlı dövlət yaradanları gərək bu millətə tanıdaq.
Ən əsası Şirməmməd Hüseynov yaddaşlara vicdanla jurnalist kimi həkk olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı