Azərbaycan İdeyası

Azrbaycanlı iş adamının oğlu qəzada öldü - Video

Tarix:19-07-2016, 12:03
Baxış Sayı:342

Azrbaycanlı iş adamının oğlu qəzada öldü - Video
Ötən gün Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində baş verən ağır yol qəzası nəticəsində bir nəfər həyatını itirib. Criminal.az saytı "Report"a istinadən bildirir ki,faciə Açinskdən Nazarovoya gedən yolda "Ulıbka" kafesi ərazisində baş verib.

İlkin fərziyyəyə görə, "Range Rover" markalı avtomobilin 26 yaşlı sürücüsü qarşı hərəkət zolağına çıxıb və orada "VAZ-2114" markalı avtomobil ilə toqquşub. Nəticədə yolsuzluq avtomobilinin sükanı arxasında olan gənc sürücü həyatını itirib, "Jiquli"nin 21 yaşlı sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Minik maşınlarında sərnişin olmayıb. Hazırda hadisənin bütün təfərrüatları və qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, həyatını itirən gənc Rusiyada məşhur olan azərbaycanlı iş adamı Rüstəm Bayramovun oğlu Tural Bayramovdur. Bundan əlavə, Tural Bayramov özü "Kaspian servis" MMC-nin təsisçisi və baş direktoru idi. Sözügedən şirkət tikinti işləri ilə məşğul olub.
Azrbaycanlı iş adamının oğlu qəzada öldü - Video

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı