Azərbaycan İdeyası

Öz evini yandırıb külə çevirdi (FOTO)

Tarix:19-07-2016, 17:26
Baxış Sayı:293

Öz evini yandırıb külə çevirdi (FOTO)

Gəncədə ev sahibi yaşadığı mənzili yandırıb. Kəpəz TV (Region TV) xəbər verir ki, bir otaqlı fərdi yaşayış evi külə dönüb. Hadisənin ailə mübahisəsi zəminində baş verdiyi güman olunur. Bu gün günorta saat 12:00 radələrində Gəncə Şəhəri, Məhsəti qəsəbəsində yeni salınan yaşayış massivində Vüqar İmanova məxsus, ümumi sahəsi 25 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib.

Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq bir otaqlı ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürmə briqadası yalnız alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib.

Rahib Nadirov - Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini: "Yanğın yerinə yanğınsöndürmə briqadları cəlb olunub və qısa müddətdə yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan yoxdur. Dəyən ziyan müəyənləşdirilir. Qonşuların deməsinə görə, yanğın ailə münqaşəsi zəmnində törədilib".

Yanğın baş verən zaman mənzildə ev sahibi Vüqar İmanovdan başqa heç kim olmayıb. Hadisə barədə Yanğından Mühafizə İdarəsinə isə qonşular məlumat verib.

Xudakərim İmanov - evin kiçik övladı: "Mən qonşudaydım. Xala gəlib dedi ki, ev yanır. Qonşular dərhal 102 yə zəng etdilər. Çox çalışdılar, evi söndürə bilmədilər".

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq sutrukturları ilə yanaşı, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində də araşdırma aparılır.
Öz evini yandırıb külə çevirdi (FOTO)
Öz evini yandırıb külə çevirdi (FOTO)
Öz evini yandırıb külə çevirdi (FOTO)

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir