Azərbaycan İdeyası

Dövlət çevrilişinə cəhd edən qubernator İNTİHAR ETDİ

Tarix:20-07-2016, 10:53
Baxış Sayı:296

Dövlət çevrilişinə cəhd edən qubernator İNTİHAR ETDİ
Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı vəzifəsindən uzaqlaşdırılmış Manisa vilayətinin Ahmetli rayon qubernatoru Necmi Akman intihar edib.

Criminal.az report-a istinadən bildirir ki, keçmiş məmur mühafizə polisinin tapançasıyla öz başına atəş açıb. Məlumata görə, Manisada iyulun 18-də vəzifəsindən uzaqlaşdırılmış 3 qubernatordan biri olan Necmi Akman Ulucamidə polis Ahmet G-nin ani ehtiyatsızlığından istifadə edərək onun belindəki tapançanı ələ keçirib.

Polisin cəhdlərinə baxmayaraq o, silahdan öz başına atəş açıb. Hadisə yerinə çağırılmış təcili yardım maşınıyla əvvəlcə Ahmetli Dövlət Xəstəxanasına çatdırılmış Necmi Akman ilkin tibbi yardımdan sonra Turqutlu Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlər ağır yaralanmış keçmiş məmurun həyatını xilas edə bilməyiblər. Tapançası alınmış polis Ahçet G isə ifadəsi alınmaq üçün saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı