Azərbaycan İdeyası

Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası

Tarix:22-07-2016, 11:38
Baxış Sayı:317

Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası
Sosial şəbəkələrdə jurnalist Xədicə İsmayılova ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mühacirətdə yaşayan direktoru Emin Hüseynov arasında söz deyişməsi yaşanır. Tərəflər bir-birini suçlamaqda xəsislik etmirlər. Belə ki, Xədicə İsmayılova Emin Hüseynovu Qərbdə oturub insan hüquqları məsələləri üzrə alver etməklə pul qazanmaqda ittiham edib.

Xədicə İsmayılovanın sözlərinə görə, Emin Hüseynov beynəlxalq təşkilatlara yerli hüquq müdafiəçilərinin Azərbaycanda demokratiya və insan hüquqlarının qorunması və inkişafı üçün ayrılan pulların qrantlar vasitəsilə yuyulması barədə “donos”lar yazıb. Emin Hüseynov da borclu qalmayıb.
Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası
Bildirib ki, Azərbaycanın bəzi hüquq müdafiəçiləri Bakıda RATİ-nin ofisində axtarış aparılarkən və sonradan ofis bağlanarkən sevinirlərmiş: "Mən eşitdim ki, onlar RATİ-nin ofisinin bağlanmasına sevinirlər və fikirləşirlər ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsini inhisara alacaqlar”.

Müxalifət düşərgəsinin və vətəndaş cəmiyyətinin iki nümayəndəsi arasındakı bu mübahisə bir daha göstərir ki, özlərini liberal müxalifət və hüquq müdafiəçisi hesab edənlər insan hüquqları sahəsini gəlirli biznesə çeviriblər. İndi - beynəlxalq təşkilatların liberal azərbaycanlı icmasının hərəkətlərindən məyus olduğu və dəstək verməkdən imtina etdiyi bir vaxtda özlərini, necə deyərlər, hüquq müdafiəçisi adlandıranlar arasında qalan qrantlar uğrunda şiddətli mübarizə başlayıb.
Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı