Azərbaycan İdeyası

Qayınanasına görə dostunu öldürdü

Tarix:8-07-2016, 19:08
Baxış Sayı:320

Qayınanasına görə dostunu öldürdü
Quba rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nügədi-qazmalar kəndində qeydə alınıb. Birinci Nügədi kənd sakini, 1984-cü il təvəllüdlü Emin Nəsirov həmkəndlisi, 1987-ci il təvəllüdlü Nemət Xəlilovu bıçaqlayaraq öldürüb.

İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Nemət Xəlilov hadisədən əvvəl Emin Nəsirovla zarafat edib. Həmin vaxt Nemət Xəlilov Emin Nəsirovun qayınanasını xoşagəlməz ifadə ilə söyüb. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Emin Nəsirov bıçağa əl atıb və sonda qanlı olay baş verib.

Emin Nəsirov həbs edilib. Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı