Azərbaycan İdeyası

'Pəncərəni döyürdüm, səs çıxmırdısa, evə girirdim' - 11 evi yaran oğru + VİDEO

Tarix:28-07-2016, 18:05
Baxış Sayı:311

'Pəncərəni döyürdüm, səs çıxmırdısa, evə girirdim' - 11 evi yaran oğru + VİDEO
"İşıq yanmayan evlərə girirdim" 1 deyil, 5 deyil, 11 evdən oğurluq etdi. Amma sonunda polisə yaxalandı. İndi başqalarının halal qazancını yemək ona azadlığı bahasına başa gələcək. Abşeron Rayon Polis İdarəsi əməkdaşları silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxsi yaxalayıblar. Hüquq- mühafizə orqanı əməkdaşlarına rayonun Hökməli, Nübar və Atyalı qəsəbələrindən oğurluqlar edilməsi barədə şikayət ərizələri daxil olub.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət hadisələrini törətməkdə şübhəli bilinin Şahbuz rayon sakini 22 yaşlı Kənan Sadiqli saxlanılıb. Məlum olub ki, o, son 5 ay ərzində Abşeron rayonu ərazisində 11 evdən oğurluq edib.

Kənan Sadiqli - saxlanılan şəxs: "Baxırdım, gəzirdim, görürdüm ki, evin işığı sönülüdür, dəqiqləşdirmək üçün pəncərəni döyürdüm. Görürdüm ki, səs verən ya da pəncərəyə çıxan yoxdur, pəncərədən keçirdim içəri. Qızıl-zinət əşyası, pul, notbuk, komputer, belə şeylər götürüb gedirdim".

Kənan Sadiqli oğurladığı əşyaları sataraq əldə etdiyi pulu xərclədiyini deyib: "Telefonların heç biri işləmirdi. Qızılı, notbukları satırdım. Qızılları MUM-a satırdım. Notbukların birindən 70, birindən 130, birindən də 50 manat qalrdı". Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır. (Region TV)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı