Azərbaycan İdeyası

“Park-Bulvar”da biabırçı qalmaqal – FOTOFAKT

Tarix:28-07-2016, 18:22
Baxış Sayı:405

“Park-Bulvar”da biabırçı qalmaqal – FOTOFAKT
Bakı sakini başına gəlmiş misli görünməmiş qəribə hadisə barədə yazıb. Azadinform xəbər verir ki, paytaxt sakini qeyd edir ki, iyunun 25-də saat 18:19 radələrində öz avtomobilini “Park-Bulvar”ın pullu yeraltı dayanacağına qoyub. Bir neçə saat sonra qəfildən səhhəti pisləşib və avtomobilini həmin gün götürə bilmir. Bir gün sonra, iyunun 26-da saat 21:11-də avtomobilini götürmək üçün adıçəkilən obyektə üz tutur. Lakin burada ona qeyri-adi və qanunsuz ittiham irəli sürərək 52 manat cərimə yazıldığını bildirirlər.

Səbəbini soruşduqda isə deyilir ki, bəs, saat 03-dən sonra burda maşın saxlamaq qadağandır, buna görə cərimə 50 manatdır. Vətəndaş bildirir ki, maşını dayanacağa saat 03-dən sonra qoymayıb, gündüz vaxtı qoyub və hər saata görə də ödənişi etməyə hazırdır. Lakin əyləncə mərkəzinin əməkdaşları heç bir qanuni əsas gətirmədən vətəndaşdan 52 manat cərimə ödəməsini tələb edirlər.

“Park-Bulvar” rəhbərliyi belə anormal qaydaları hardan kəşf edib?

Ümumiyyətlə, bu qanunsuzluq və soyğunçuluğu edərkən hansı qanuna, qaydalara istinad edilib? Problemlə bağlı mütəxəssisə müraciət etdik. Tanınmış ekspert Ərşad Hüseynov bildirdi ki, cərimə deyilən sanksiyanı vətəndaş barəsində yalnız səlahiyyətli dövlət orqanları tətbiq edə bilər: “Bu da yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən hallarda mümkündür, başqa bir halda vətəndaşa cərimə adında sanksiya tətbiq oluna bilməz. Əgər belə bir hal varsa, bu özbaşınalıqdır, qanunsuzluqdur. İnzibati Xətalar Məcəlləsində belə bir sanksiya yoxdur ki, avtomobili hər hansı saatdan sonra yerləşdirəndə yaxud da, gec götürəndə sanksiya, cərimə tətbiq olunsun. Bu məsələnin birinci tərəfi, ikincisi isə dayanacaqda göstərilən xidmət hansısa mülkü hüquqi xidmətdir”.

Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün “Park-Bulvar” Əyləncə Mərkəzinin (012) 598 80 80 telefonuna saat 10.00-dan 10.43-ə qədər davamlı zənglər etsək də cavab verən olmadı.
“Park-Bulvar”da biabırçı qalmaqal – FOTOFAKT

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı