Azərbaycan İdeyası

"Əynimi geyindim, o, lüt idi, gördü ki..." - Həbsdə ağladı (VİDEO+FOTO)

Tarix:29-07-2016, 21:16
Baxış Sayı:273

"Əynimi geyindim, o, lüt idi, gördü ki..." - Həbsdə ağladı (VİDEO+FOTO)
"Adyalı götürüb üstünə örtdüm ki, biabırçılıq olmasın"

"Məni şirnikləşdirib, aradan çıxmaq istəyirdi"

Mənzili qarət edib, ev sahibi qadını bıçaqlayan şəxs saxlanıldı. Mənzilə onun sahibini qarət üçün girib, hələ bu yetməzmiş kimi qadını bıçaqlayıb. Bu insanlığa sığmayan hərəkəti paytaxt sakini törədib. Polisin çevikliyi sayəsində cinayətkar tez bir zamanda saxlanılıb. Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə daxil olan şəxs ona bıçaqla xəsarət yetirib, sonra isə evdən 110 manat pul götürərək, oranı tərk edib.

İradə Hüseynova qonşularının köməkliyi ilə dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyatdan sonra onun həyati təhlükəsi aradan qaldırılıb. Hadisə ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri araşdırma ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılıb. Saxlanılan Samir Rəşidov əməlini etiraf edib.

İradə Hüseynovanı 5 ilə yaxındır ki, tanıdığını deyən Samir, mənzilə daxil olanda onunla mübahisə etdiyini bildirib. Həmin zaman yüksək dozalı dərman qəbul etdiyini deyən Samir mətbəxdən bıçağı götürərək, zərərçəkənin kürək nahiyyəsindən 2 dəfə xəsarət yetirib. Samir Rəşidov dindirilərkən göz yaşlarını saxlaya bilməyib.

Samir Rəşidov - saxlanılan şəxs: "Məni şirnikləşdirib, aradan çıxmaq istəyirdi. Məndən qorxurdu, qaçmaq istəyirdi. Gördü ki, adamlıqdan çıxmışam. Qapını açdı, bayıra çıxdı. Başladı qışqırmağa ki, ay qonşular, kömək eləyin. Mən də sakit şəkildə əynimi geyindim, o lüt idi, evdən adyalı götürüb üstünə örtdüm, dedim ki, biabırçılıq olmasın. Rus qonşunun qapısını döydüm, mən aşağı düşəndən sonra açıb qapını. Aşağıda dedim ki, polis çağırın, təcili yardım çağırın, yuxarıda yaralı var".

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. (Region TV)
"Əynimi geyindim, o, lüt idi, gördü ki..." - Həbsdə ağladı (VİDEO+FOTO)
"Əynimi geyindim, o, lüt idi, gördü ki..." - Həbsdə ağladı (VİDEO+FOTO)
"Əynimi geyindim, o, lüt idi, gördü ki..." - Həbsdə ağladı (VİDEO+FOTO)
"Əynimi geyindim, o, lüt idi, gördü ki..." - Həbsdə ağladı (VİDEO+FOTO)
"Əynimi geyindim, o, lüt idi, gördü ki..." - Həbsdə ağladı (VİDEO+FOTO)

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur