Azərbaycan İdeyası

Bu oğlan öz qardaşını qanına qəltan elədi

Tarix:20-07-2016, 15:38
Baxış Sayı:304

Bu oğlan öz qardaşını qanına qəltan elədi
İki qardaş arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunda baş verib.

Abşeron rayonu Qobu qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov qardaşı Qılmanı bıçaqlayıb. Polisin yaxalayaraq Abşeron Rayon Polis İdarəsinə gətirdiyi Kamran Əlicanov istintaqa verdiyi ifadəsində bildirib ki, 20 il məhkumluq həyatı yaşamış qardaşı Qılmanla küsülü olub. İki gün əvvəl məhəllələrində yaşayan qonşu ilə mübahisəsi düşüb. Mübahisə etdiyi adamın Qılmanla birlikdə onun qapısının qarşısında oturduğunu görüb.

Kamran Əlicanov - saxlanılan şəxs: "Qonşuya dedim ki, utanmırsan, yekə cayılsan özü də. Söydüyün bəs deyil, gəlib qapımda, doğmamla oturmusan. O sözə görə qardaşım coşdu, dedi ki, əcəb edir. Qonşunu müdafiə etməyə başladı. Onu "zaşişat" elədi". Başladı məni döyməyə. Doğma anam şahiddir. 10 gün bundan qabaq anamla dalaşıblar. Anamın ərizəsi də elə burdadır".

Qonşunu müdafiə edən Qılman beli götürərək qardaşı Kamranın üstünə gəlib. Kamran özünü müdafiə etmək üçün bıçağa əl atdığını deyir:

"Bıçağı çıxartdım ki, özümü qoruyum, öldürürdü məni. Ana, böyük, valideyn saymır bu adam. Mən də qorxuram, narkoman olub bu. Üstümə hücum çəkdi, bıçaq girdi ona. Mən özümü qorumaq üçün bıçağı çıxarıb əlimdə tutumuşdum, sadəcə".

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı