Azərbaycan İdeyası

Bakıda polisə bıçaqla hücum oldu

Tarix:29-07-2016, 21:24
Baxış Sayı:387

Bakıda polisə bıçaqla hücum oldu
Bakıda internet kluba basqın edən şəxs polisə bıçaqla müqavimət göstərib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Criminal.az-a verilən məlumata görə, iyulun 28-də saat 06 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki internet klublardan birinə girmiş naməlum şəxs orada xəzinədar işləyən İlkin Nəzərəliyevi yumruqla vurub və bıçaqla hədələyərək oradan 99 manat pul aparıb.

Həmin şəxs ərazidə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib. Buna baxmayaraq, Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs tutularaq 13-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı onun Sumqayıt şəhər sakini Qüdrət Həsənov olması müəyyən edilib. Üzərinə baxış zamanı 99 manat pul, 1 ədəd bıçaq və 1,517 qram heroin aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı