Azərbaycan İdeyası

Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR)

Tarix:1-08-2016, 11:45
Baxış Sayı:318

Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR)
Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR) Binəqədi rayon ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı “Sarı qaya” pansionatında qonşu qonşunun evini qarət edib. Musavat.com xəbər verir ki, “Sarı qaya” pansionatında məskunlaşan Ələsgər Bağırovun evindən oğurluq edilməsi barədə məlumatı Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə qonşusu İnqilab Həsənov verib. Polisə zəng vuran Həsənov bildirib ki, qonşusu Ələsgər ailəsi ilə birlikdə şəhərdə olsa da qapısı açıqdır. Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları əl-barmaq izləri götürüb və ətrafda yaşayan qonşularla söhbətlər aparmaq qərarına gəlib.

Araşdırmalar zamanı oğurluq hadisəsinin polisə zəng vuran İnqilab Həsənovun qızı Pərvanə, gəlini Aysel və nəvəsi Cavid tərəfindən törədilməsi məlum olub. Daşı ətəyindən tökən Cavid Həsənov olub. Cavid xalası Pərvanə və dayısı arvadı Aysel tərəfindən yoldan çıxarıldığını bildirdikdən sonra saxlanılaraq polisə gətirilən Pərvanə də törədikləri oğurluq hadisəsini etiraf edib.

Pərvanənin sözlərinə görə qonşuluqda yaşayan Ələsgərin evində qızıl olduğunu ona qardaşı arvadı Aysel deyib. Bundan sonra onlar Ələsgər Bağırovun evinin boş qalmasını gözləyiblər. Planı cızdıqdan sonra Aysellə Pərvanə bu işə Cavidi də cəlb etmək qərarına gəliblər. Üçlük əvvəlcə oğurladığı qızılları satmaq istəyib. Aysel oğurluq malı 3 yerə bölməyi təklif edib. Pərvanənin atası İnqilab Həsənov qonşunun qapısının açıq olduğunu görüb polislə əlaqə saxlayanda üçlük oğurluq qızılı həyətdə qumun altında basırıb. Oğurluq qızılların harada basdırıldığını polisə Cavid Həsənov göstərib.

Saxlanılan Cavidlə Pərvanə Həsənova şeytan tərəfindən aldadıldıqlarını bildirərək peşiman olduqlarını deyiblər. Cavidlə Pərvanədən fərqli olaraq Aysel Həsənova əməliyyatçıları baş vermiş hadisədə iştirak etmədiyinə inandırmağa çalışıb. Aşkar olunan faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR)
Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR)
Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR)
Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR)
Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi (FOTOLAR)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı