Azərbaycan İdeyası

Xırdalanda 6 yaşlı qızı öldürülən ana qatili niyə qorumaq istədi?

Tarix:2-08-2016, 10:54
Baxış Sayı:559

Xırdalanda 6 yaşlı qızı öldürülən ana qatili niyə qorumaq istədi?
Daxili İşlər Nazirliyi Xırdalanda 6 yaşlı Ramiləni döyülərək qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Criminal.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

Nazirliyin də məlumatından məlum olur ki, ana öz qızının öldürülməsini polisdən gizlətmək istəyib. Criminal.az-ın əldə etdiyi məlumata görə, S.Yarıyeva qızını öldürən E.Hacıyevlə sevgi münasibətində olub. Onun qızınını öldürən şəxsin cinayətini gizlətməklə azadlıqda saxlamaq cəhdi isə qaranlıq qalır.

Abşeron rayon Prokurorluğundan bildirildi ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı