Azərbaycan İdeyası

Keçmiş məhkum 50 illik yubileyinə iki gün qalmış yenə tutuldu - FOTO

Tarix:2-08-2016, 11:09
Baxış Sayı:428

Keçmiş məhkum 50 illik yubileyinə iki gün qalmış yenə tutuldu - FOTO
Xırdalanda keçmiş məhkum 50 illik yubileyinə iki gün qalmış yenidən tutulub.

Musavat.com xəbər verir ki, Abşeron Rayon Polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş Ruslan Mehdiyev Xırdalan şəhərində ona məxsus evdən oğurluq olunması barədə məlumat verib. Fərdi yaşayış evinə baxış keçirən polis əməkdaşları oradan vətəndaşa məxsus 4000 min manat dəyərində olan qızıl-zinət əşyalarının oğurlandığını müəyyən ediblər.

Rayon polis idarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Oktay Ağabalayev saxlanılıb. İdarəyə gətirilərək dindirilən Oktay törətdiyi əməli etiraf edib.

Məlum olub ki, Oktay Ağabalayev 49 illik ömrünün 22 ilini həbsdə keçirib. İki gün sonra 50 yaşını qeyd etməyə hazırlaşdığını deyən Oktayı yenidən həbsxana həyatı gözləyir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı