Azərbaycan İdeyası

Nigarla Seymurun nikahı niyə təxirə salındı?

Tarix:2-08-2016, 11:09
Baxış Sayı:424

Nigarla Seymurun nikahı niyə təxirə salındı?
Bu gün Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə məhbus Seymur Həzinin nikah mərasimi baş tutmalı idi. N.Yaqublu Ədliyyə Nazirliyinin onları evləndirməkdən imtina etməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb.

Onun sözlərinə görə, "ASAN Xidmət"in nikah məmuru Ədliyyə Nazirliyinin bu gündən nikahların səyyar kəsilməsi ilə bağlı xidmətin fəaliyyətini dayandırması haqqında məlumat verib.

Qafqazinfo məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb.

O bildirib ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən, nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub: "Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. ASAN Xidmətin nümayəndəsi də nikah mərasimində iştirak edəcək".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı