Azərbaycan İdeyası

Arvadını öldürtdürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Tarix:10-08-2016, 13:17
Baxış Sayı:492

Arvadını öldürtdürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib və məhkəmə baxışı avqustun 17-nə təyin edilib. Hadisə bu ilin yanvar ayında Zabrat qəsəbəsində baş verib.

Yanvarın 10-da həmin qəsəbədə 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib.

Aparılmış istintaqla Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədilə qətlini sifariş verdiyi məlum olub. Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun Zabrat-Maştağa yolunun üstündə böyük ticarət obyekti var və əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul olub.Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R. Rzayev ondan ayrılmağa qərar verib.

Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S. Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R. Rzayev isə S. Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.

Aparılmış istintaqla müəyyən edilib ki, Rüstəm Rzayev Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb. E.Həsənov yanavrın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub özü ilə götürdüyü küt alətlə mərhumənin baş nahiyəsinə zərbə endirməklə onu qəsdən öldürüb.

Elşad Həsənov və Rüstəm Rzayevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib