Azərbaycan İdeyası

Beş yaşlı qızı zorlayaraq öldürən adam məhkəmə qarşısında

Tarix:23-10-2015, 15:24
Baxış Sayı:550

Anket məlumatları dəqiqləşdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızı oğurlayaraq zorlaya-zorlaya öldürən Pirallahı rayon sakini,1983-cü il təvəllüdlü Çernov Yakovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Korrupsiya və Qanun" qəzeti “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 30-a təyin edilib.
Qeyd edək ki, hadisə bu il may ayında baş verib. Çernov Yakov qonşuluqda yaşayan 5 yaşlı Nigarı (ad şərtidir) həyətdə tək oynadığını görüb. Onun yanına gələrək, Nigara dondurma verəcəyini vəd edərək, yaşadığı mənzilin ikinci mərtəbəsinə aparıb. Ç.Yakov 5 yaşlı qızla təbii və qeyri təbii yolla cinsi əlaqə olub. Təqsirləndirilən şəxs qonşuların həyətdə səsini eşitdiyini görərək Nigarı məftillə boğmağa başlayıb.
Buna nail ola bilməyən Çernov əli ilə qızın nəfəs borusunu tutaraq boğaraq öldürüb. Qatil Nigarı xalçaya bükərək, axşamın düşməsini gözləyib. Onun məqsədi qızı həyətdə basdırmaq olub. Polis əməkdaşları hadisədən şübhəli olan Çernovun evində axtarış edib. Bu zaman qızın atası həyətdə palazı bükülmüş şəkildə görüb.
Ata qızının zorakılıq əlaməti olan meyitini aşkarlayıb. Polis əməkdaşları Çernov Yakovu saxlayıblar. Ç. Yakov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9,( təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (etkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ittiham olunur.
Ç.Yakovun bu əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirilərlə, o ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum ediləcək.

E.Ə.
www.oxu.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı