Azərbaycan İdeyası

Metronun “Koroğlu” stansiyasının yaxınlığında güclü partlayışın səbəbi nə olub?

Tarix:12-08-2016, 11:29
Baxış Sayı:330

Metronun “Koroğlu” stansiyasının yaxınlığında güclü partlayışın səbəbi nə olub?
FHN-in açıqlamasında ərazidə yanğın baş verdiyi bildirilir; sakinlər isə partlayışa elektrik naqillərinin səbəb olduğunu deyir

Bir neçə gün əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığında, “intihar körpüsü” adı ilə məşhurlaşan yol qovşağının altında yanğınla müşayiət olunan 2 güclü partlayış baş verib. Bu haqda redaksiyamıza olay şahidlərindən biri məlumat verib. Bildirib ki, yanğın 2 partlayışdan sonra daha da güclənib, yaxınlıqdakı hündür şam ağaclarına keçib.

Maraqlıdır ki, bu olay medianın diqqətindən kənar qalıb. Əraziyə baş çəkib partlayışların səbəbini aydınlaşdırmağa çalışdıq. Ölkənin ən böyük yol qovşağının alt hissəsində, magistral qaz kəmərlərinin, dəmir yol xəttinin keçdiyi ərazidə böyük bir sahə “döyüş meydanı”nı xatırladırdı. Hər tərəfdə yanaraq kömürləşmiş, külə dönmüş ağacların qalıqları, hündür şam ağaclarının aşmış kötükləri gözə dəyirdi.

Bakı Olimpiya Stadionunun 1 kilometrliyində yerləşən bu ərazinin əks hissəsində yaşayış binaları, transformator məntəqəsi, yaxınlıqda isə metronun “Koroğlu” stansiyası yerləşir. Yaxınlıqdakı evlərin sakinlərindən ərazidə nə baş verdiyini xəbər aldıq. Sakinlər bildirdilər ki, bir neçə gün əvvəl ərazidə 2 çox güclü partlayışla müşayiət olunan yanğın baş verib. Həmsöhbətimiz olan sakinlərin bir neçəsi partlayışın səbəbi haqda məlumatsız olduqlarını dedilər. 1 sakin isə partlayışı ərazidən keçən yüksəkgərginlikli elektrik xətlərindən birinin yanğın zamanı yerə düşməsi ilə əlaqələndirdi.

Ehtimalını bölüşən sakinin sözlərinə görə, yanğın uca şam ağaclarını əhatə edərək yüksək gərginlikli elektrik xəttlərinin əriyərək yerə düşməsi ilə nəticələnib. Yüksək gərginlikli elektrik xətlərinin magistral boruların üzərinə düşməsi zamanı gərginliyin dəmirlə təması partlayış əmələ gəlməsinə gətirib çıxarıb. Ərazidə olduğumuz zaman həqiqətən də bir elektrik xəttini ərazidən keçən çoxsaylı boruların üzərində müşahidə etdik. Əgər sakinin ehtimalı düzdürsə, deməli, yanğın zamanı 2 elektik xətti qırılmalı idi. Çünki olay şahidləri məhz 2 partlayışın, özü də çox güclü partlayışın olduğunu deyirlər. Amma ərazidə 1 ekektrik xətti gözə dəyirdi.

Maraqlıdır ki, partlayışla müşayiət olunan yanğından ötən günlər ərzində həmin yüksək gərginlikli elektrik xəttinin təmiri üçün heç bir tədbir görülməyib. Bu da belə bir ehtimalı formalaşdırır ki, ərazidə, boruların üzərində gördüyümüz elektrik xətti partlayışla müşayiət olunan yanğından əvvəl orada olub və işlək durumda deyil. Mümkündür ki, nə vaxtsa ərazidə təmir işləri aparılıb və həmin vaxt elektrik xətti sadəcə unudulub. Belədə növbəti sual yaranır - bəs partlayışa səbəb nə olub? Ərazidə partlayışla müşayiət olunan yanğının səbəbi ilə bağlı rəsmi məlumat topladığımız zaman Fövqəladə Hallar Nazirliyinin 6 avqust 2016-cı il tarixli ilkin məlumatı qarşımıza çıxdı.

Həmin məlumatda deyilir: “Bakı şəhəri, Nizami rayonunda Neft Şirkətinə məxsus ərazidə 1 ha sahədə quru ot, qamışlıq və 30 ədəd şam ağacı yanmışdır. Yaxınlıqdan keçən neft boruları və yüksək gərginlikli elektrik xətti yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur