Azərbaycan İdeyası

Masallıda süd qəbulu məntəqəsində - partlayış baş verib

Tarix:8-08-2016, 10:20
Baxış Sayı:424

Masallıda süd qəbulu məntəqəsində - partlayış baş verib
Masallı rayonunda süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış olub.

Dunyapress.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 190 m2 olan süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə, soyuducu kameranın lambirindən ibarət tavanı 15 m2 sahədə dağılmış və şüşələri sınıb.

Yanğın zamanı ərazidə yerləşən ümumi sahəsi 144 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 36 ton ot bağlamasının 15 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və ferma yanğından mühafizə olunub.

Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib