Azərbaycan İdeyası

Bacıları xəstə qardaşdan imtina edib - Video

Tarix:12-08-2016, 11:32
Baxış Sayı:320

Bacıları xəstə qardaşdan imtina edib - Video
Sabirabadda kirayədə qalan İntiqam Məmmədov iflic olduğundan nə kirayə haqqını verə bilir, nə də yaxınları ona sahib çıxır. Ev sahibi isə ona evində bir aydır baxır. Kimsəsiz olsa da, xəstə adamı küçəyə atmağı insafına sığışdırmır. Ona görə də aidiyyati qurumlardan bu şəxsin dövlət himayəsinə götürülməsini istəyir. Ev sahibi Afiqə Quliyeva Sabirabad rayonunda süpürgəçi işləyir, yoldaşı isə xəstədir.

Aylıq gəlirləri az olduğundan mənzilin bir otağını kirayə vermək qərarına gəliblər. Təxminən bir ay əvvəl İsmayıl adlı bir nəfər İntiqam Məmmədovu onlara gətirərək mənzilə yerləşdirib. Və bir aylıq kirayə haqqını da ev sahibinə ödəyərək bundan sonrakı ayların kirayə pulunun İntiqam Məmmədovun özü tərəfindən ödəniləcəyini deyib.

Afiqə Quliyeva onun rayonda iki bacısının və paytaxtda da iki qızının yaşadığını deyir. Lakin ailə üzvlərindən heç kim ona sahib çıxmır. Həyat yoldaşından 5 il əvvəl ayrılan İntiqam Məmmədov o, vaxtdan bəri tənha kirayələrdə qalır. Afiqə Quliyeva deyir ki, hazırda o nə ev kirayəsini verə bilir, nə də yaxınları onu qəbul edir. Ev sahibəsi də ailə vəziyyətini nəzərə alaraq onu saxlamaq imkanında olmadıqlarını deyir.

Onlar bu məsələ ilə bağlı həm rayon icra hakimiyyətinə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinə müraciət ediblər. Lakin hələ ki, onlara cavab gəlməyib. Criminal.az saytı xezereber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı