Azərbaycan İdeyası

İşsizlərin sayı azalıb

Tarix:16-11-2015, 13:48
Baxış Sayı:482

Ötən illə müqayisədə bu il işsiz əhalinin sayı 0,1 faiz azalıb. Beynəlxalq əmək təşkilatının əmək metodologiyasına görə 2014-cü ildə əhalinin 5 faizi işsiz kimi dəyərləndirilib. Bu ilə olan statistik göstərici isə 4,9 faizdir. İşsizləri diqqət mərkəzində saxlayan dövlət tərəfindən onlara müavinət verilir. Amma çoxları bundan xəbərsizdir. Aqil Məmmədov özəl şirkətlərdən birində çalışıb. İşdən ayrıldıqdan sonra xeyli çətinliklərlə üzləşib. Deyir, işsizliyə görə müavinət verilməsindən xəbərsiz olduğundan bu hüququndan yararlanmayıb. Məhəmməd İsmayılov da əvəlki işindən ayrıldıqdan sonra yeni iş tapa bilməyib. Məlumatlı olduğundan müavinət almaq üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Amma indiyədək müavinət ala bilməyib.
Dövlət Məşğulluq Xidmətinin əmək bazarı və statistika şöbəsinin müdiri İsa Həsənov deyir ki, işsiz statusu olan hər kəsin müavinət almaq hüququ var. Aktiv və passiv işsizliyə görə müavinətlər məşğulluq haqqında müvafiq qanunvericiliyin tələblərinə uyğun ödənir. İsa Həsənov deyir ki, işsizliyin aradan qaldırılması dövlətin prioritet istiqamətlərindəndir. Ölkədə açılan yeni iş yerləri işsizliyin səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olub. Azərbaycanda işsizliyin səviyyəsinin azalması beynəlxalq təşkilatlar tərəfindən də xüsusi qeyd olunur. İşsiz vətəndaşlara müavinətlərin verilməsi isə dövlətin onlara qayğısının göstəricisidir. Müavinət ayrılması işsizlərə yeni iş tapanadək dəstək olmaq məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı