Azərbaycan İdeyası

Bakıda soyğunçu dəstə tutuldu - FOTOLAR

Tarix:3-08-2016, 10:07
Baxış Sayı:332

Bakıda soyğunçu dəstə tutuldu - FOTOLAR
Binəqədi rayon polis idarəsinə ərziə ilə müraciət edən vətəndaşlar onlara məxsus 750 manat pulun 3 nəfər şəxs tərəfindən soyğunçuluq yolu ilə əllərindən aldıqlarını bildiriblər. Gununsesi.info xəbər verir ki, RPŞ-nin cinayət axtarış şöbəsinin əməliyyatçılarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sözü gedən soyğunçuluqda şübhəli bilinən 3 nəfər şəxs saxlanılıb.

Şöbəyə gətirilən Məhərrəm Məhərrəmov, onun qaynı Miqdar Məmmədov və tanışları Orxan Atayev törətdikləri əməli səmimi etiraf ediblər. 17 gündür ki yeni ailə həyatı qurduğunu deyən Məhərrəmin sözlərinə görə kafedə çay içdikləri zaman 2 şəxs onlara yaxınlaşaraq onları , tanıdıqları əyləncə klubuna aparmalarını xahiş ediblər. Məhərrəmin sözlərinə görə tanışı olan Orxan taksi fəaliyyəti ilə məşğul olduğundan onlar sözü gedən şəxslərlə razılaşıblar.

Avtomobilə müştəri kimi əyləşən şəxlər Məhərrəmə Miqdara və Orxana onlarla birgə əyləncə klubununda yeyib içməklərini və hesabı özlərinin ödəyəcəklərini deyiblər. Ancaq sonda hesabın yüksək gəlməsi, müştərilərin verdikləri sözdən yayınması ilə nəticələnib. Saxlanılan Məhərrəmin qaynı olan 15 yaşlı Miqdar deyir ki, tanımadıqları vətəndaşların sonda pulu verməməsi Məhərrəmin və Orxanın xoşuna gəlməyib.

Belə olduğu təqdirdə isə tərəflərin arasında mübahisə ilə nəticələnib. Ölkənin tanımmış İnter futbol klubunun üzvü olan Miqdar tanımadıqları şəxsi vurduğu üçün peşman olduğunu deyir. Saxlanılan 3-cü şəxs Orxan isə Məhərrəmin götürdüyü puldqan xəbərsiz olduğunu deyir. Ona sadəcə müştəriləri gəzdirdiyi üçün 10 manat pulun çatdığını bildirb. Hazırda faktla bağlı Binəqədi rayon polis idarəsində hər 3 şəxs barəsində cinayət məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı