Azərbaycan İdeyası

Bir həftəyə toyu olacaqdı, yas çadırı quruldu

Tarix:13-08-2016, 22:40
Baxış Sayı:402

Bir həftəyə toyu olacaqdı, yas çadırı quruldu
Bu gün günorta saatlarında Oğuz rayonunun Filfilli kəndi yaxınlığında Böyük Qafqaz sıra dağlarının qayalıq ərazisindən aşağı yıxılan gəncin meyiti tapılıb.

"Report”un Şimal-Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü kənd sakini Sərxan Sərdar oğlu Seyidəliyev, hələlik bilinməyən səbəblərdən 500 metr yüksəklikdən aşağı düşüb.
Hadisə yerinə cəlb olunan Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəncin meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.
Criminal.az xəbər verir ki, iki gün əvvəl dostu ilə dağlıq əraziyə ov etmək üçün getdiyi güman edilən 28 yaşlı Sərxan Seyidəliyev yüksək qayalıqdan yıxılaraq aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Sərxan Seyidəliyevin avqustun 20-də toyu olacaqmış.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı