Azərbaycan İdeyası

Moskvada 2 azərbaycanlını öldürən şəxs nasist imiş - TƏFƏRRÜAT VİDEO

Tarix:13-08-2016, 23:09
Baxış Sayı:907

Moskvada 2 azərbaycanlını öldürən şəxs nasist imiş - TƏFƏRRÜAT VİDEO
Moskvada iki azərbaycanlını qətlə yetirən şəxs hadisəni törədəndən sonra paytaxtın Fərqanə küçəsində yerləşən evlərdən birində gizlənib. Lent.az-ın Moskvadakı əməkdaşının verdiyi məlumata görə, həmin şəxs naşist təmayüllü gənclər təşkilatının üzvü olub və həmin mənzildə də onların qərargahı yerləşirmiş. Ev polislər tərəfindən mühasirəyə alınıb və cinayətkar təslim olub. Qeyd olunur ki, hadisə sırf milli zəmində baş verib. Hadisə zamanı yaralanan 1981-ci il təvəllüdlü digər həmyerlimiz isə olay baş verən zaman orda deyilmiş, sonradan köməyə gələrkən əlindən yaralanıb. Qanaxma ilə xəstəxanaya yerləşdirilən həmin şəxsin vəziyyəti yaxşıdır.

***

Rusiya paytaxtında iki azərbaycanlını qətlə yetirməkdə, birini yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmyerlilərimizin qətlində şübhəli bilinən şəxsi yaxalamağa müvəffəq olublar. Hazırda Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin müstəntiqləri yaralanan şəxsin hadisəyə aidiyyatı olub-olmamağını araşdırırlar . Qətlin bütün versiyaları nəzərdən keçirilir.

***

Rusiya paytaxtında iki azərbaycanlı qətlə yetirilib, biri ağır yaralanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın "Ryanzanskiy prospekt" metrosunun yaxınlığında baş verib. Naməlum şəxs və şəxslər bu gün səhər saatlarında kiçik ticarətlə məşğul olan 3 azərbaycanlıya soyuq silahla hücum edib. Nəticədə adları hələlik açıqlanmayan 1947-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü həmyerlilərimiz qətlə yetirilib. Digər həmyerlimiz (1981-ci il təvəllüdlü) isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Həmyerlilərimizdən birinin təcili tibbi yardım maşınında keçindiyi bildirilir. Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə İdarəsində Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən bir, iki və daha çox şəxsi öldürmə) və 112-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən APA-ya verilən məlumata görə, hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. İdarədən qətlə yetirilən və yaralanan şəxslərin azərbaycanlı olduqları bildirilib. Qətlin milli zəmində törədildiyi istisna edilmir. Regionlararası Moskva Polisinin Həmkarlar İttifaqının Koordinasiya Şurasının sədri Mixail Paşkin qətlin milli zəmində törədildiyini bildirib. O, slavyan mənşəli şəxsin ticarətlə məşğul olan azərbaycanlılara hücum etdiyini söyləyib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı