Azərbaycan İdeyası

Doğum evində kişini qadın bilib əməliyyat etdilər - FOTO

Tarix:13-08-2016, 23:14
Baxış Sayı:395

Doğum evində kişini qadın bilib əməliyyat etdilər - FOTO
"Oturmuşdum dəhlizdə, arvadımın əməliyyatını gözləyirdim. Birdən iki həkim mənə yaxınlaşdı, "Gəlin, növbənizdir" dedilər.

Məni bir palataya aparıb çarpayıya uzatdılar. Tibb bacıları məni soyundurmağa başladılar. Elə bildim arvadımın əməliyyatı ilə bağlı prosedurdur, ona görə şübhələnmədim. Sonra huşumu itirdim. Ayılanda gördüm ki..."

Çinin Şenyan vilayətindəki Hunnan şəhərində misli-bərabəri olmayan hadisə yaşanıb. Arvadını doğum evinə aparan və orada ilk övladının dünyaya gəlməsini gözləyən kişini əməliyyat ediblər.

Milli.Az "Jenmin Jibao"ya istinadən bildirir ki, 29 yaşlı Van Szin hemorroidal şiş diaqnozu ilə əməliyyata məruz qalıb. Onu səhv əməliyyat ediblər. Xəstəxana yanlışlığını etiraf edib və mənəvi təzminat qismində Van Szinə 5 min yuan (700 dollar) məbləğində təzminat təklif edir.

"Cənab Vandan üzr istəyirik. Həmin an hemorroidal şişin kəsilməsi ilə bağlı bir pasiyent növbə gözləyirdi. Həkimlərimiz pasiyentləri səhv salıblar", - xəstəxana rəhbərliyinin açıqlamasında deyilir. Vanın xanımı isə dünyaya sağlam oğul gətirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı