Azərbaycan İdeyası

Azərbaycana heroin keçirmək istəyən şəxsin tutulması anı (VİDEO - FOTO)

Tarix:15-08-2016, 11:53
Baxış Sayı:297

Azərbaycana heroin keçirmək istəyən şəxsin tutulması anı (VİDEO - FOTO)
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin respublikamıza keçirilməsinin qarşısını alıblar. CTV (Region TV) xəbər verir ki, daxil olan əməliyyat məlumatına əsasən gömrükçülər tərəfindən İran İslam Respublikasından gələn Tacikistan Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Mohemmedemin Sabiroviç İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925 dövlət nömrə nişanlı ağırtonajlı yük maşını saxlanılıb.

Müayinə aparatı vasitəsilə maşına baxış keçirilib və bu zaman əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib. Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunub.

Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Faktla bağlı Dövlət Gömrük Komitəsində araşdırma davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı