Azərbaycan İdeyası

Natiq Cəfərovdan sonra REAL-ın daha iki üzvü saxlanıldı

Tarix:16-08-2016, 11:04
Baxış Sayı:293

Natiq Cəfərovdan sonra REAL-ın daha iki üzvü saxlanıldı
REAL hərəkatının daha iki üzvü saxlanılıb. Musavat.com xəbər verir ki, bu barədə hərəkatın üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edilir ki, hərəkatın üzvləri olan Toğrul İsmayılov və Elşən Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların harada olması barədə məlumat verilmir. Yayılan məlumatlarda qeyd edilir ki, hər iki şəxsin ailə üzvləri də onların harada olmasından xəbərsizdir. Saxlanılanlardan T.İsmayılov REAL-ın Səbail-Nəsimi Məclisinin sədri, E.Qasımov isə Yasamal Məclisinin sədr müavinidir.

Xatırladaq ki, REAL hərəkatının icra katibi Natiq Cəfərov iki gün əvvəl həbs edilib. Natiq Cəfərovun həbsi ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, onun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı