Azərbaycan İdeyası

Lənkəranda maşın kollektora düşdü: 2 yaralı

Tarix:9-07-2016, 22:44
Baxış Sayı:428

Lənkəranda maşın kollektora düşdü: 2 yaralı
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticlənən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Digah kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Lənkəranın Digah kənd sakini, 35 yaşlı Raqib Ramazanov idarə etdiyi “VAZ-21003” markalı, 42 BC 734 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı suötürücü kollektora düşməklə, eyni zamanda beton divara çırpılıb.

Güclü zərbədən sürücü və onun yanındakı sərnişin, rayonun Sütəmurdov kənd sakini, 24 yaşlı Vüsal Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin versiya kimi qəzanın avtomobilin sürücüsünün düzgün ötmə əməliyyatı aparmaması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı