Azərbaycan İdeyası

Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO

Tarix:18-08-2016, 13:10
Baxış Sayı:349

Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub. "Qafqazinfo"ya verilən məlumata görə, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib. Faktla bağlı təfərrüatları əldə etməyə çalışırıq.

Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-ND-011-dir.

Yaxınlarının verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.

Bunada da baxın: İstanbulda silahlı insident: azərbaycanlı iş adamı yaralandı, sürücüsü öldü - FOTOLAR
Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib.

Əldə etdiyimiz məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır.
Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO
Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO
Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO
Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO
Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO
Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı - FOTO VİDEO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı