Azərbaycan İdeyası

“Neptun” marketdən daha bir rəzalət - FOTOLAR

Tarix:19-08-2016, 12:32
Baxış Sayı:320

“Neptun” marketdən daha bir rəzalət - FOTOLAR
“Neptun” marketlər şəbəkəsindən şikayətlər kütləviləşir. Sehrana Rza adlı istehlakçı sözügedən şəbəkənin marketində rüsvayçı fakt aşkarlayıb. Bu faktın fotolarını paylaşan vətəndaşın sözlərinə görə, soyuducuda bir qablaşdırmaya rast gəlib:

“Çəkiliş vaxtı yaxınlaşdılar ki, çəkməyin. Üzərində dağılmaması üçün tor, altında isə zədələnmiş və açıq paketdə ciyər. Bütün ət və balıq məhsulları da bir soyuducuda. Qaydalara görə balıq məhsulları yalnız vaakum altına ümumi soyuducuda saxlanıla bilər. Əks halda ayrı saxlanılmalıdır”.

S.Rza qeyd edib ki, “Neptun” market isə bütün qaydaları pozur: “Açıq və artıq qaralmağa başlamış ciyəri, balıq iyli ət məhsullarını satmaq niyyətindədilərmi? Buna bir nəzarət olmalıdır”. Ümumiyyətlə, son aylar supermarketlərdən şikayətlər artmaqdadır. Əsasən də manatın üzən məzənnəyə keçidindən sonra vətəndaşlar fırıldaqçılıqla üzləşir.

Bakının “Neptun”, “Araz”, “Bizim market”, “Səbət”, “Bazarstore”, “Favorit” və digər marketlərindən narazılıqlar var. “Neptun” mağazalar şəbəkəsi istehlakçıların hüquqlarını kütləvi şəkildə pozmaqda davam edir. Vətəndaşların narazılıq etdiyi bu mağazalarda alıcılar aldadılır, qiymətlər şişirdilir, kassalarda təqdim olunan qəbzlə vitrinlərdə göstərilən məbləğ üst-üstə düşmür.

Mətbuatda bu şəbəkə ilə bağlı onlarla şikayətə rast gəlmək olar. İnternet resurslarında axtarış verməklə həmin faktlarla tanış olmaq mümkündür. Marketlər şəbəkəsinin vergidən yayınması barədə də dəfələrlə iddialar yer alıb. //politika.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı