Azərbaycan İdeyası

Azərbaycanda atasını öldürən oğul radikal vahhabidir- ƏMRİ İMAMDAN ALIB FOTO

Tarix:24-08-2016, 10:45
Baxış Sayı:317

Azərbaycanda atasını öldürən oğul radikal vahhabidir- ƏMRİ İMAMDAN ALIB FOTO
Yardımlı rayonunda oğulun atasını öldürməsi məsələsiylə bağlı dəhşətli faktlar ortaya çıxıb.

Criminal.az-ın aznews.az-a istinadən məlumatına görə, kənd sakinləri bildirib ki, atasıyla həmişə mehriban münasibətdə olan oğulun birdən-birə düşmənə çevrilməsi, nəticədə də onu öldürməsi dini inancları arasındakı ziddiyyətlə bağlı olub.

Belə ki, Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi olan Qaçay Nadir oğlu Şahverənov vəhhabilərə qoşulubmuş. O, Qubada təhsil alsa da, tez-tez Bakının vəhhabilərin daha çox məskunlaşdığı “Razin” qəsəbəsinə gedirmiş, orada təşkil olunan məclislərə qatılırmış.

Kənd sakinləri deyir ki, qatı şiə olan ailədə Qaçayın dini baxışları ciddi problemə səbəb olub. Onun saqqal saxlaması, şalvarlarının ətəyini qısa kəsdirməsi isə bu problemi bir qədər də dərinləşdirib. Məzuniyyətə kəndə gələn tələbə ilə atasının bir neçə dəfə ciddi mübahisələrinin olduğu da bildirilir.

Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra - hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb.

Məlumatlı şəxslər deyib ki, onun atasını öldürməsi qərarına gəlməsi şəxsi fikri olmayıb: “Öz imamı ilə danışıb, atasının ona dediklərini, vəhhabiliyə qarşı çox radikal davrandığını bildirib. Bundan sonra o əmr edib ki, atasını öldürsün”. İddia olunur ki, belə bir əmri alandan sonra Qaçay hazırlıqlara başlayıb, tüfəng əldə edib və onu həyətlərindəki tövlədə gizlədib.

Həmin gün qətlə yetirilən Nadir Şahverənov evdə olmayıb, səhər tezdən rayon mərkəzinə gedib. Buna görə də oğul atasını axşama kimi gözləməli olub. Axşam üstü, təxminən 17 rədələrində evinə qayıdan Nadir həyətə daxil olanda arxadan, kürəyindən oğlu tərəfindən vurulub.

Oğul hadisəni törədəndən sonra özü polisə zəng edərək təslim olub.

Yardımlı rayon prokurorluğundan isə Lent.az-a bildirilib ki, Q.Şahverənov ilkin ifadəsində törətdiyi əməldən peşman olmadığını bildirib. O deyib ki, Bakıdan hər dəfə kəndlərinə qayıdanda atasının anasını incitdiyini görüb. Atasını da məhz bu səbəbdən – anasını döydüyü, incitdiyi üçün öldürüb.

Məlumat üçün bildirək ki, ötən gün Yardımlı rayonunun Alar kənd sakini 1999-cu il təvəllüdlü Qaçaq Şahverənov atası Nadir Şahverənovu ov tüfəngi ilə vuraraq öldürüb. Yaralı aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda atasını öldürən oğul radikal vahhabidir- ƏMRİ İMAMDAN ALIB FOTO

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama