Azərbaycan İdeyası

Lənkəranski bu səbəbdən öldürüldü - İstanbul polisi isti iz üstündədir

Tarix:24-08-2016, 10:46
Baxış Sayı:323

Lənkəranski bu səbəbdən öldürüldü - İstanbul polisi isti iz üstündədir
Beşiktaşda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı ilginc detallar üzə çıxıb.

Ölkə.az xəbər verir ki, Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. İddiaya görə sui-qəsd komandası qətldən bir ay əvvəl Türkiyəyə gəlib.

Sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antaliyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı 3-ü Azərbaycan vətəndaşı olan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən yenə Azərbaycan əsilli bir şübhəlini də saxladığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.

İNTİQAM ÜÇÜN ÖLDÜRÜLDÜ

Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antaliyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislərin həmin avtomobilə əl qoyub. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb. Digər tərəfdən, istintaqı dərinləşdirən İstanbul polisi Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb.

18 avqust 2013 tarixində Bahçeşehirdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Gamidov öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Gamidovun ölərkən onun qulağına "Rövşən" adını pıçıldadığını deyib. İddialara görə Rövşən "yeraltı" hesablaşmasında Gamidovun ölüm əmrini veribmiş.

Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Gamidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirildi.

Həmin iddiaya görə Rövşənin qətli üçün Gamidovun da öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub. Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanı Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur