Azərbaycan İdeyası

“Rövşən Lənkəranski” haqda “Kurtlar vadisi” kimi əfsanə

Tarix:25-08-2016, 11:00
Baxış Sayı:272

“Rövşən Lənkəranski” haqda “Kurtlar vadisi” kimi əfsanə
“Rövşən Lənkəranski” haqda “Kurtlar vadisi” kimi əfsanə “Qanuni oğru”nun ölümündən sonra da barəsində ən ağlasığmaz xəbərlər yayılmaqdadır Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) İstanbulda qətlə yetirilməsindən sonra keçən günlərdə də onun personasına olan diqqət azalmayıb. “Qanuni oğru”nun ölümündən sonra da barəsində ən ağlasığmaz xəbərlər yayılmaqdadır. Axar.az saytı Rüfət Əhmədzadə adlı müəllifin Lənkəranda “Rövşən Lənkəranski”nin üç mərasimindən hazırladığı yazını dərc edib. Yazıda bəzi maraqlı nüanslar var.

Sitat:"İnsan axını, Rövşənin xatirəsinə göstərilən sevgi və hörmət barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Amma yasa gələnlərin belə danışdıqları diqqətimdən kənarda qalmadı. İki-iki, üç-üç çevrə quran gənclər “Rövşən Lənkəranski”nin ölümündə “Kutlar Vadisi”nə aid məqamlar axtarırdılar. Biri deyirdi ki, “ölməyib, əslində sağdır”.
“Rövşən Lənkəranski” haqda “Kurtlar vadisi” kimi əfsanə
Bir başqası deyirdi ki, dostları onu reanimasiyadan çıxarıb başqa yerə aparıblar, sağalandan sonra yenidən meydana atılacaq. Hələ onun oxşarının öldürüldüyünü də deyənlər var. Bu eşitdiyim də maraqlı idi: “Dəfələrlə ”İnterpol"dan gəlib qəbri açmağa çalışıblar, amma Rövşənin dostları və qohumları imkan verməyiblər.Qəbrin ətrafında 10-15 nəfər gecə-gündüz keşik çəkir".

Müəllif yazır ki, məzarlıq qarşısındakı maşınlarda əyləşən gənclərin saatlarla orda keşik çəkməsini görüb: “Amma ”İnterpol" məsələsi ilə bağlı nə rəsmi bir məlumata rast gəlmədim, nə də özüm bir rəsmi nümayəndə ilə görüşə bildim. Amma fərziyyələr, şayiələr bitib-tükənmək bilmir".

Nə idi onu bu qədər cəlbedici edən?

“Rövşən Lənkəranski” uzun illər cəmiyyətin böyük bir kəsiminin diqqət mərkəzində olub. Nə idi onu bu qədər cəlbedici edən? Maliyyə imkanları? Əlbəttə yox! Ölkədə Rövşən yaşda olan və daha imkanlı şəxslər də vardı. Sözübütövlüyü, ədaləti, yoxsa qan-qadadan uzaq olmayan bir aləmin nüfuz sahibinə çevrilə bilməsi? Hələ ölümündən əvvəl bəlli idi ki, “Rövşən Lənkəranski” dindardır, spirtli içki içmir, narkotiklərdən də uzaqdır. Uzun danışmağı da sevmir. Kriminal aləmdə ona rəğbəti olmayanların, düşmənlərinin sayı da az deyildi. Onu ölümündən əvvəlki illərdə 5-6 mühafizəçisinin əhatəsində doğma məhləsində, Lənkəranın “Kiçik Bazar” məscidi önündə düzənlənən Aşura mərasiminə qatılanda görmüşdülər. “Rövşən Lənkəranski” əlinə silah alıb atasının qatilini məhkəmə zalında öldürəndən sonra ayağı doğma şəhərinə çox az dəyərdi. Onun səs-sorağı çox vaxt Rusiyadan, Dubaydan, son dövrlər isə Türkiyədən gələrdi.
“Rövşən Lənkəranski” haqda “Kurtlar vadisi” kimi əfsanə
Fakt budur ki, “oğru dünyası”nın son on illiklərdə ən nüfuzlu simaları - “böyük qardaş” - Hikmət Muxtarov (“Sabirabadlı Hikmət”) və Məmməd Hüseynovun (“Masallı Mamed”) ölümündən sonra internet axtarış saytlarında adı ən çox aranan azərbaycanlı “qanuni oğru”lar sırasında ilk yerdə idi. O, 1975-ci ilin yanvar ayının 27-də Lənkəranda doğulub. Öldürülməsəydi, 41-i tamamlayacaqdı. Onu kriminal dünyada ön sıraya çıxaran atasının qatilini məhkəmə zalında güllələməsidir. 17 yaşında əlinə silah alıb bu işə getmişdi. 1996-cı ildə baş verən o qətl işinə görə yeniyetmə Rövşənə cəmi 2 il iş kəsilib. 1997-ci ilin martında isə cəzası şərti cəza ilə əvəz olunaraq azadlığa buraxılıb. “Rövşən Lənkəranski”nin adı belə tanınmağa başlayıb...

2000-ci ildə “Lənkəranski” artıq “qanuni oğru” sayılırdı. Elə həmin il o, Bakı bulvarında kriminal aləmdə yaxşı tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. “Lənkəranski” həmin davada ciddi psixi travmalar aldığını iddia edir və məhkəmə-psixi ekspertizanın qərarı ilə müalicəyə göndərilir, ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır. Bir müddət sonra isə hüquq-mühafizə orqanları onun izini itirirlər, onun barəsində beynəlxalq axtarış elan edilir. Image result for Lənkəranski “Lənkəranski”nin sorağı bundan sonra Moskvadan daha tez-tez gəlir. Ona “qanuni oğru” adını dövrünün ən tanınmış “vor zakonu”-"Nardaranlı Mirseymur" verib.

Moskvadakı biznes əlaqələrinin də “Lənkəranski” rəhmətlik Mirseymurla yaxınlaşdıqdan sonra yarandığı deyilir. Həmin dövrdə də günlərimizdə olduğu kimi Moskva bazarlarına nəzarət uğrunda amansız mübarizə gedirdi. Rusiyada tanınmış azərbaycanlı “qanunu oğru”lar bir-birinin ardınca öldürüləndən sonra Rusiya bazarlarında azərbaycanlıların biznesinə nəzarət “Rövşən Lənkəranski”yə keçir.
“Rövşən Lənkəranski” haqda “Kurtlar vadisi” kimi əfsanə
İddialar var ki, onun “Lotu Quli” ilə münasibətləri məhz bazarlara nəzarət uğrunda savaşdan qaynaqlanır və illərdir ki, davam edir. 2008-ci ilin fevralında Kiyevdə həbs edilən “Lənkəranski” Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də “Rövşən Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə “qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır.

Bundan sonra “Rövşən Lənkəranski” Azərbaycana az-az səfər edir. Adətən onun yaxınları yaşadığı ölkələrə yollanmaqla onunla görüşüblər. Onun İstanbulda qətlə yetirildiyi gün də belə olub. Ailəsi, anası onun görüşünə gediblər. Onlar birgə istirahətə yollanmağı planlaşdırıblar. Amma alınmayıb. Kriminal aləmin öz qaydaları var - yazılmamış qanunlardan biri də “qanuni oğru”nun öz əcəli ilə bu dünyaydan vidalaşmamasıdır. “Rövşən Lənkəranski”ni sağlığında əfsanə edən yazılmamış qanunlara riayət etməsi idi. Elə həmin qanunlara uyğun bu dünya ilə vidalaşdı.

OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD