Azərbaycan İdeyası

Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

Tarix:25-07-2026, 15:00
Baxış Sayı:8

Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xısarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 25-də saat 13:15-də Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (bir kişi, bir qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxslər instrumental diaqnostik müayinələrə cəlb olunublar", - deyə məlumatda bildirilir.

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 12 radələrində qeydə alınıb.

Belə ki, Gəncə sakini Dəmir Əli oğlu İsmayilov idarə etdiyi "Mercedes" markalı, 77-EV0-029 dövlət nömrə nişanlı avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və dəmir səddi qıraraq yeraltı keçidə aşıb.

Nəticədə sürücü ilə yanaşı sərnişini - Gəncə sakini Yeganə Şəmil qızı Bayramova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı