Azərbaycan İdeyası

Adı cinayətdə hallandırılan Aygün Bəylər ölkədən getdi

Tarix:31-08-2016, 13:51
Baxış Sayı:467

Adı cinayətdə hallandırılan Aygün Bəylər ölkədən getdi
Adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılan əməkdar artist Aygün Bəylər (Hümmətova) Azərbaycandan gedib. Criminal.az-ın ölkə.az-a istinadən xəbərinə görə, bu barədə sənətçinin telefonuna cavab verən şəxs bildirib. Özünü Aygün Bəylərin dostu kimi təqdim edən kişi qeyd edib ki, əməkdar artist on gündən çoxdur, ölkədə yoxdur və nə zaman geri dönəcəyi bəlli deyil.

Xatırladaq ki, Aygün Bəylərin adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılır. Belə ki, əməkdar artistin qardaşı Abbas Hümmətov E.Hümmətovun ölümündə şübhəli bilinərək saxlanılıb. Mərhumun anası Səadət Hümbətova isə müsahibəsində qeyd edib ki, Aygün Bəylər (Hümmətova) Elnur Hümmətovun Abbas Hümmətov tərəfindən öldürüldüyünü bilirmiş.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin mayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı