Azərbaycan İdeyası

Akif Çovdarov təcridxana rəisinə ərizə yazdı və... - FOTO

Tarix:31-08-2016, 13:55
Baxış Sayı:376

Akif Çovdarov təcridxana rəisinə ərizə yazdı və... - FOTO
MTN generalı Akif Çovdarov ölüm aclığına başlayıb. Criminal.az saytı xəbər verir ki, keçmiş MTN generalının Bakı İstintaq Təcridxanasının rəisinə yazdığı ərizəni əldə edib. Akif Çovdarov ölüm aclığına başlaması ilə bağlı Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edən Rəşid Səfərova yazdığı müraciətində qeyd edir ki, 2016-cı il avqustun 19-dan etibarən Baş Prokurorluğun ona qarşı qanunsuz və sifarişli hərəkətlərinə etiraz olaraq su, qida və dərman qəbul etməkdən imtina edib:

“Müdafiəçim tərəfindən Ədliyyə Nazirliyini Tibb baş idarəsinə və Bakı İstintaq Təcridxanasına müraciət olunaraq hər gün cinayət işinin materialları ilə tanış olmağımın səhhətimdə olan xəstəliklərin ağırlaşmasına səbəb olub-olmaması, eyni zamanda xəstəliyim nəzərə alınmaqla həftə ərzində neçə gün və hansı saatlarla tanış olmağım barədə müvafiq rəy verilməsi xahiş olunub. Lakin müdafiəçim tərəfindən verilən sorğuya cavab verilməyib. Baş Prokurorluğun göstərişinə əsasən mənim xəstə olmağım və gün ərzində 800-1000 vərəqdən ibarət 3-4 cümlə tanış olmağımın hazırki durumumla qeyri-mümkün olmağı barədə rəyi qəsdən verilmir. Bu səbəbdən də bu gündən etibarən bildirirəm ki, aclıq aksiyasını həm AR Baş Prokurorluğun, həm də AR ƏN Tibbi Baş idarəsinin qanunsuz hərəkətlərinə etiraz olaraq keçirirəm”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı