Azərbaycan İdeyası

25 yaşlı gənci butulka parçası ilə yaraladı

Tarix:2-09-2016, 13:56
Baxış Sayı:327

25 yaşlı gənci butulka parçası ilə yaraladı
Cəlilabad rayonunun Maşlıq kəndində yerli sakinlər arasında düşən mübahisə 1 nəfərin ağır yaralanması ilə nəticələnib. Criminal.az saytı Report-a istinadən məlumatına görə, mübahisə 25 yaşlı kənd sakini Raul Adıgözəlovla Muğan kənd sakini Əliqismət Dövlətov arasında olub.

Qarşı tərəfin sözlərini həzm etməyən Əliqismət əlindəki sınıq butulka parçası ilə Raulun bel nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən yaralı hadisə yerində huşunu itirib. Daha sonra o, yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Yaralının sözlərinə görə, söhbət telefon üstündə olub. O, öz mobil telefonunu Əliqismətin telefonu ilə barter edib. Lakin səhəri gün telefon xarab olub, o da telefonu Əliqismətə qaytarmaq istəyib. Elə bu zaman mövcud qanlı hadisə baş verib. Faktla bağlı polisə məlumat verilib. Hadisənin təfərrüatları araşdırılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı