Azərbaycan İdeyası

Lənkəranda əhalinin içdiyi suya nə qatılıb? - NAZİRLİK İŞƏ QARIŞDI

Tarix:6-09-2016, 11:15
Baxış Sayı:288

Lənkəranda əhalinin içdiyi suya nə qatılıb? - NAZİRLİK İŞƏ QARIŞDI
Lənkəran rayonunda zəhərlənənlərdən 10 nəfərinin vəziyyəti ağırdır.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) İnfeksion şöbəsinə yerləşdirilən 59 nəfərdən 49 nəfər ambulator mualicəyə buraxılıb.

"Digər 10 nəfər isə nəzarət altındadır", - xəstəxanadan bildirilib.

Xatırladaq ki, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 59 nəfər daxil olub. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də olub.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin "Report"a verdiyi açıqlamaya görə, zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. O hazırda nümunələrin Bakıya göndərildiyini və yalnız müayinənin nəticələrindən sonra dəqiq diaqnoz söyləməyin mümkün olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı